Felipe Santosdan yubiley qolu

Felipe Santosdan yubiley qolu

Felipe Santos Azərbaycan Premyer Liqasında 25-ci qolunu vurub. 

Fanat.Az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, “Araz-Naxçıvan”ın braziliyalı legioneri Misli Premyer Liqasının XXVI turunun “Sabah”la ev oyununda (2:4) hesabı açıb.

O, 109-cu matçında “25”ə çatıb. Turnirdə 2021/22 mövsümündə debüt edən yarımmüdafiəçi üç klubda forma geyinib.

Santos “Şamaxı”da 6 (21 oyunda), “Qəbələ”də 3 (35 oyunda), “Araz-Naxçıvan”da 16 (53 oyunda) qola imza atıb. Felipe turnirin tarixində 25 və ya daha çox qol vuran 131-ci futbolçudur.  Cənubi amerikalı eyni sayda qola imza atan Elvin Məmmədov, Ramazan Abbasov, Yaşar Hüseynov, Yaşar Vahabzadə, Nurlan Novruzov, Elçin Rəhmanov, Bəxtiyar Sadıqov, Zohair Benouahi, Robertas Poşkus, Draqan Çeran, Ülvi İsgəndərov və Toral Bayramova çatıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər