Braziliyalı futbolçu Fabreqasın yanına gedir

Braziliyalı futbolçu Fabreqasın yanına gedir

Rusiyanın "Lokomotiv" klubu bir neçə həftədən sonra braziliyalı müdafiəçi Lukas Fasso ilə yollarını ayıracaq. 

Fanat.Az xəbər verir ki, informasiyanı "Calciomercato" yayıb. 

Mənbənin iddiasına görə, bütün əlamətlər onun müqaviləsi bitdikdən sonra Moskva klubundan ayrılacağını və azad agent olacağını göstərir. "Komo" Fassone ilə maraqlanır. 24 yaşlı braziliyalı futbolçu həmçinin bir neçə digər İtaliya klubunun da radarındadır. 

Nüfuzlu "Transfermarkt" portalı Lukas Fassonun dəyərini 4 milyon avro olaraq qiymətləndirir. 

Müdafiəçi "Lokomotiv"də 76 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər