Braziliya yığmasının üzvü İtaliyada klubunu dəyişir - Danışıqlar başladı

Braziliya yığmasının üzvü İtaliyada klubunu dəyişir - Danışıqlar başladı

"İnter"in braziliyalı müdafiəçisi Karlos Auqusto karyerasını digər İtaliya nəhəngində davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Skira məlumat yayıb.

Onunla "Roma" yaxından maraqlanır. Auqustonun milanlılarla müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. "İnter" oyunçunun müqaviləsini uzatmaq istəyir, lakin 27 yaşlı braziliyalı hələlik şərtləri qəbul etməyib. O, daha yüksək maaş istəyir və istədiyini almasa, əsas heyətdə sabit yerini təmin edə biləcəyi klub axtarmağa başlayacaq. "Roma" məhz bundan yararlanmağa çalışır. Paytaxt klubu artıq braziliyalı müdafiəçi ilə danışıqlara başlayıb.

Karlos Auqusto 2023-cü ilin yayından bəri "İnter"də oynayır. Bu mövsüm o, bütün turnirlərdə 37 oyunda meydana çıxaraq 2 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun transfer dəyəri 26 milyon avro olaraq qiymətləndirilir. 

Müdafiəçi Braziliya millisində 4 oyun keçirib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər