Braziliya millisinin DÇ-2026 üçün yekun heyəti açıqlandı - Neymar siyahıdadırmı?

Braziliya millisinin DÇ-2026 üçün yekun heyəti açıqlandı - Neymar siyahıdadırmı?

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti qarşıdan gələn dünya çempionatı üçün heyəti açıqlayıb. 

Fanat.Az xəbər verir ki, bütün mundiallarda oynamış yeganə komanda 26 oyunçudan ibarət yekun siyahıya Neymar da daxil edilib.

Beşqat çempionların bombardiri zədələr səbəbindən 2023-cü ilin oktyabr ayından bəri milli komandada oynamırdı.

Qapıçılar

Alisson (Liverpul) Ederson (Fənərbağça) Veverton (Qremio)

Müdafiəçilər

Aleks Sandro (Flamenqo) Bremer (Yuventus) Danilo Luiz (Flamenqo) Duqlas Santos  Qabriel Maqalyaes (Arsenal)  Rojer İbanyes (Əl-Əhli) Leo Pereyra (Flamenqo) Markinyos (PSJ) Uesli (Roma)

Yarımmüdafiəçilər

Bruno Qimaraynş (Nyukasl) Kazemiro (Mançester Yunayted) Danilo Santos (Botafoqo) Fabinyo (Əl-İttihad) Lukas Paketa (Flamenqo)

Hücumçular

Endrik (Olimpik Lion) Qabriel Martinelli (Arsenal)  İqor Tyaqo (Brentford) Luiz Enrike Mateus Kunya (Mançester Yunayted) Neymar (Santos)  Rafinya (Barselona)  Rayan (Bornmut)  Vinisius Junior (Real Madrid)

Xatırladaq ki, 11 iyunda başlayacaq DÇ-2026-da Braziliya millisi C qrupunda Şotlandiya, Haiti və Mərakeşə rəqib olacaq.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər