Azərbaycanda keçiriləcək beynəlxalq turnirin təqvimi dəyişdi

Azərbaycanda keçiriləcək beynəlxalq turnirin təqvimi dəyişdi

Azərbaycanda keçiriləcək “FIFA Series - 2026” beynəlxalq turnirinin təqvimində və formatında dəyişiklik edilib. 

Fanat.Az xəbər verir ki, məlumatı AFFA-nın məthuat xidməti yayıb. 

Dəyişikliyə səbəb Oman milli komandasının Yaxın Şərqdə davam edən hərbi gərginliklə əlaqədar ölkəmizə səfər edə bilməməsidir. AFFA-nın məlumatı FIFA ilə razılaşdırılmış formata əsasən, turnir 2 oyundan ibarət olacaq. 

Azərbaycan milli komandası martın 27-də Sent Lüsiya, 30-da isə Syerra Leone yığması ilə qarşılaşacaq. Hər iki oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək və saat 19:00-da başlanacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər