Azərbaycan millisinin Moldova ilə oyunlar üçün heyəti açıqlandı

Azərbaycan millisinin Moldova ilə oyunlar üçün heyəti açıqlandı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gündən fevralın 22-dək Bakıda, ayın 23-dən 28-dək isə Moldovanın paytaxtı Kişinyovda təlim-məşq toplanışında olacaq.

Fanat.Az xəbər verir ki, U-19 Kişinyovdakı hazırlıq dönəmində fevralın 25-də və 27-də Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.

Hər iki matçın Bakı vaxtı ilə saat 15:00-da başlanması planlaşdırılır.

Milliyə dəvət alan futbolçuların adlarını nəzərinizə çatdırırıq:

1. Məhdi Həsənov - Neftçi 2. Rauf Əyyubov - Sabah 3. Həzrət Səmədov - Sabah 4. Murad Qurbanov - Zirə 5. Məhəmmədəli Məmmədov - Turan Tovuz 6. Tuncay Əhmədov - Sabah 7. Tunar Muradov - Turan Tovuz 8. Fərid Abdinov - Stroqino (Rusiya) 9. Nadir Nəsibli - MOİK 10. İlkin Həzizadə - Sumqayıt 11. Əli Qazibəyov - Qarabağ 12. Abdulaziz Cabbarlı - Qarabağ 13. İbrahim Babayev - Barselona 14. Nurlan Zeynallı - Sumqayıt 15. Vüsal Kərimov - Neftçi 16. Əhliman Süleymanzadə - Zirə 17. Sabutay Hacı - Alboraya (İspaniya) 18. İslam Həsənov - Qrafiçar (Serbiya) 19. Əli İbrahim - Qarabağ 20. Nicat Nərimanov - Brommapoykarna (İsveç) 21. Əhməd Vəliyev - Qarabağ

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər