Azərbaycan millisinin AÇ üçün heyəti açıqlandı

Azərbaycan millisinin AÇ üçün heyəti açıqlandı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.

Fanat.Az xəbər verir ki, komanda bu gündən martın 21-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.

U-19 martın 22-dən 30-dək Litvanın Kaunas şəhərində Avropa çempionatının seçmə mərhələsinin ilk raundunda iştirak edəcək.

B Liqasının 6-cı qrupunda yer alan U-19 Litva və Şimali İrlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

U-19-un heyəti və oyunlarının təqvimi belədir:

1    Məhdi Həsənov - Neftçi 2    Rauf Əyyubov - Sabah 3    Həzrət Səmədov - Sabah 4    Murad Qurbanov - Zirə 5    Məhəmmədəli Məmmədov - Turan Tovuz 6    Tuncay Əhmədov - Sabah 7    Tunar Muradov - Turan Tovuz 8    Əhməd Vəliyev - Qarabağ 9    Nadir Nəsibli - MOİK 10    İlkin Həzizadə - Sumqayıt 11    Əli Qazibəyov - Qarabağ 12    Abdulaziz Cabbarlı - Qarabağ 13    İbrahim Babayev - Barselona 14    Nurlan Zeynallı - Sumqayıt 15    Vusal Kərimov - Neftçi 16    Nicat Məhərrəmov  - Neftçi 17    Əli Əliyev - Qarabağ 18    İslam Həsənov - Qrafiçar (Serbiya) 19    Əli İbrahim - Qarabağ 20    Nicat Nərimanov - Brommapoykarna İF (İsveç)

25 mart

20:00. Azərbaycan (U-19) – Litva (U-19) Kaunas, "Raudondvario" stadionu

28 mart

17:00. Şimali İrlandiya (U-19) – Azərbaycan (U-19) Kaunas, "Raudondvario" stadionu

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər