Bizon Azərbaycan Kubokunun 2025/26 mövsümünün baş tutan 38 oyununu 41 min 895 tamaşaçı izləyib.
Fanat.Az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bu, son 10 mövsümdə ən yüksək göstəricidir.
Orta göstərici isə 1102-yə bərabərdir. Bu, indiki formatda – bütün klubların qatıldığı, təsnifat mərhələlərinin təşkil olunduğu və 39 matçdan ibarət mövsümlər üçün rekord göstəricidir. Bu formata ardıcıl 3-cü dəfə üstünlük verilir.
Azərbaycan Kuboku 18-ci dəfə PFL-in bayrağı altında təşkil olunub. 2008-ci ildən indiyədək olan dövrdə 465 matç təşkil olunub. Onlardan biri baş tutmayıb, biri yarımçıq dayandırılıb.
Bu qarşılaşmaları 695 min 272 tamaşaçı izləyib. Finaldan sonra bu rəqəm 700 mini keçə bilər.
Tamaşaçısız keçirilən 2020/21 mövsümünün qarşılaşmaları və baş tutmayan matç nəzərə alınmamaqla orta göstərici 1555-ə bərabər olub.
Orta tamaşaçı sayında 2010/11 mövsümü rekordla əlamətdar olub – 3369.
mövsüm oyun tamaşaçı orta 2008/09 33 39250 1189 2009/10 37 72300 1954 2010/11 27 90950 3369 2011/12 26* 41100 1581 2012/13 26 55950 2152 2013/14 25 68050 2722 2014/15 23** 22350 1016 2015/16 24 54246 2260 2016/17 23 39700 1726 2017/18 23 25456 1107 2018/19 17 21400 1259 2019/20 12 6130 511 2020/21 17 - - 2021/22 17 16880 993 2022/23 19 31980 1683 2023/24 39 33842 868 2024/25 39 33793 866 2025/26 38 41895 1102 465 695272 1555 * - yarımçıq dayandırılan “İnter” – “Turan” oyunu və tamaşaçı sayı nəzərə alınıb.
** - Baş tutmayan “Xəzər Lənkəran” – “Araz-Naxçıvan” matçı, həmçinin tamaşaçısız keçirilən mövsümün görüşləri oyun sayında nəzərə alınıb, orta göstəricilərdə hesablanmayıb.