Yunanıstanın Katerini şəhərində keçirilən Dünya Seriyasının final mərhələsində çimərlik güləşi üzrə milli komandamız tarixi uğura imza atıb. Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında yazıb. "Azərbaycan milli komandası tarixində ilk dəfə çimərlik güləşində dünya çempionu olub", - o bildirib və əlavə edib ki, Vüsal Əliyev (80 kq) və Əşrəf Aşırov (90 kq) qızıl, Rübail İbrahimli (70 kq), Sahib Dadaşov (80 kq) və Camal Feyziyev (+90 kq) isə bürünc medal qazanıblar. O, bu uğurun əldə olunmasında baş məşqçinin pay sahibi olduğunu qabardıb: "Bu uğurun əldə olunmasında pay sahibi olan, dünyanın ən yaxşı baş məşqçisi seçilən Oyan Nəzəriani başda olmaqla, bütün güləşçilərimizi, onların valideynlərini, şəxsi məşqçilərini və federasiya nümayəndələrini təbrik edir, gələcək yarışlarda uğurlar arzulayırıq".
Azərbaycan çimərlik güləşində ilk dəfə dünya çempionu olub
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
Güləş
19:25
01.10.2026
Azərbaycan çimərlik güləşində ilk dəfə dünya çempionu olub
Güləş
17:43
24.09.2026
Azərbaycan millisi çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsində mübarizə aparacaq
Güləş
18:41
22.09.2026
Azərbaycanın güləş millilərinin məşqçiləri üçün təlim proqramı təşkil olundu
Güləş
17:26
07.09.2026
Azərbaycan güləşçiləri Vladiqafqazda 8 medal qazandılar