Azərbaycan çempionatının oyunu 1 saatdır ləngiyir - SƏBƏB

Azərbaycan çempionatının oyunu 1 saatdır ləngiyir - SƏBƏB

Bu gün Azərbaycan II Liqasında XXI tur start götürüb. Turun ilk günündə iki oyun keçirilir. Hər iki qarşılaşma saat 15:30-da start götürməli idi. “Göygöl” - “Ağdaş” matçı nəzərdə tutulan vaxtda başlasa da, bu oyunla eyni vaxtda başlamalı olan “Araz Saatlı” – “Ağstafa Gəncləri” görüşünün startı 1 saatdır ləngiyir. 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, buna səbəb İmişli təmsilçisinin oyunu əsasnaməyə uyğun təşkil edə bilməməsi olub.

Konkret, təcili tibbi yardım stadiona vaxtında gəlmədiyi üçün AFFA nümayəndəsi matçın başlamasını ləngidib.

Peşəkar Futbol Liqasından məlumat təsdiqlənib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər