Aşurov qardaşları "Zirə"də qaldılar - 1-ci Liqa klubu onları istəyirdi

Aşurov qardaşları "Zirə"də qaldılar - 1-ci Liqa klubu onları istəyirdi

"Zirə"nin əvəzedici komandasında çıxış edən Şahmar və Yelmar Aşurov qardaşları növbəti mövsümü də Bakı klubunda keçirəcəklər.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, halbuki onlar I Liqa klubu "Difai"yə keçməyə yaxın olublar. 

Əsas komanda ilə Türkiyə toplanışında olan Şahmarın performansını bəyənən Rəşad Sadıqov onunla, eləcə də qardaşı ilə bağlı müsbət qərar verib.

Qeyd edək ki, Şahmar "Çorum"la oyunda (2:0) qol müəllifi olub.

“Difai” ötən mövsüm I Liqanı 9-cu yerdə başa vurub. Ağsu təmsilçisi liqada qalmaq uğrunda pley-off matçında II Liqa təmsilçisi “Haypers Quba”nı 3:1 yenərək vəzifənin öhdəsindən gəlib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər