Arteta "Arsenal"ın çempionluğunu oyunçuları ilə birlikdə qeyd etmədi

Arteta "Arsenal"ın çempionluğunu oyunçuları ilə birlikdə qeyd etmədi

"Arsenal"ının baş məşqçisi Mikel Arteta çempionluğun ilkin şənliklərində iştirak etməyib. 

Fanat.Az xəbər verir ki, məlumatı "Hand of Arsenal" yayıb.

Premyer Liqa çempionluğu uğrunda mübarizənin taleyi ötən axşam "Mançester Siti"nin "Bornmut"la 1:1 hesablı heç-heçə etməsi ilə müəyyənləşib. Belədə londonlular son tur ərəfəsində əsas rəqibi üçün əlçatmaz olub.

"Topçular"ın oyunçuları qələbəni qeyd etmək üçün "Emirates"ə toplaşıblar. Ancaq baş məşqçi Mikel Arteta bayram mərasimində komanda ilə birlikdə olmayıb. İspaniyalı məşqçi matçı evdə ailəsi ilə birlikdə izləməyə üstünlük verib. 

"Arsenal" "Mançester Siti"ni dörd xalla qabaqlayır. Bu, London nəhənglərinin 2004-cü ildən bəri ilk liqa çempionluğudur.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər