AL: İngiltərə və Almaniyada finalçılar müəyyənləşir

AL: İngiltərə və Almaniyada finalçılar müəyyənləşir

Bu gün UEFA Avropa Liqasında finalçıların adları bəlli olacaq.

Fanat.Az xəbər verir ki, yarımfinalın hər iki oyunu eyni gündə və saatda start götürəcək.

"Frayburq" Almaniyada Portuqaliya nəhəngi "Braqa"nı qəbul edəcək.

Yarımfinalın digər oyununda isə iki İngiltərə təmsilçisi - "Aston Villa" ilə "Nottinqem Forest" münasibətlərinə aydınlıq gətirəcəklər. 

Qeyd edək ki, Avropa Liqasının final qarşılaşması mayın 20-də İstanbulda, "Beşiktaş"ın ev sahibliyi etdiyi "Tüpraş" stadionunda keçiriləcək. Həlledici matç yerli vaxtla saat 23:00-da başlayacaq.

UEFA Avropa Liqası Yarımfinal, cavab oyunları 7 may

23:00. "Aston Villa" (İngiltərə) – "Nottinqem Forest" (İngiltərə) (İlk oyun - 0:1)

23:00. "Frayburq" (Almaniya) – "Braqa" (Portuqaliya) (İlk oyun - 1:2)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər