Əsas yığma ilə yanaşı, Azərbaycanın gənclərdən ibarət milli komandası da bu gün növbəti sınağına çıxacaq.
Fanat.Az xəbər verir ki, AÇ-2027-nin seçmə mərhələsinin B qrupunda yer alan U-21 6-cı tur çərçivəsində evdə oynayacaq.
Rəşad Eyyubovun komandası qrup lideri Portuqaliya millisini qəbul edəcək. "Neftçi"yə məxsus "Palms Sports Arena"da baş tutacaq oyun saat 15:00-da start götürəcək.
Qeyd edək ki, 21 yaşlılar qrupda əvvəlki görüşlərində Portuqaliya (0:5), Bolqarıstan (1:1), Çexiya (0:5), Şotlandiya (3:3) və Cəbəllütariq (1:0) ilə qarşılaşıb.
AÇ-2027 B qrupu, 6-cı tur 27 mart
15:00. Azərbaycan (U-21) – Portuqaliya (U-21) Hakim: Xristos Vergetis (Yunanıstan). Bakı. "Palms Sports Arena".
1. Portuqaliya 5 4 1 0 21-0 13 2. Çexiya 5 3 1 1 10-3 10 3. Şotlandiya 6 3 1 2 18-7 10 4. Bolqarıstan 5 2 1 2 6-6 7 5. Azərbaycan 5 1 2 2 5-14 5 6. Cəbəllütariq 6 0 0 6 1-31 0