AÇ-2027: U-21 Bolqarıstanla üz-üzə

AÇ-2027: U-21 Bolqarıstanla üz-üzə

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxacaq. 

Fanat.Az xəbər verir ki, B qrupunda yer alan U-21 7-ci turun oyununa çıxacaq.

Rəşad Eyyubovun baş məşqçisi olduğu komanda səfərdə Bolqarıstan millisi ilə qarşılaşacaq.

Plovdiv şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Gənclər millisi bundan əvvəl qrupda Portuqaliya (0:5, 0:4), Bolqarıstan (1:1), Çexiya (0:5), Şotlandiya (3:3) və Cəbəllütariq (1:0) ilə oyunlarda 5 xal toplayıb. 

AÇ-2027 B qrupu, 7-ci tur 31 mart

20:00. Bolqarıstan (U-21) – Azərbaycan (U-21) Baş hakim: Denis Şurman (Ukrayna). Plovdiv. "Xristov Botev" stadionu. 

1. Portuqaliya 6 5 1 0 25-0 16 2. Çexiya 6 3 2 1 10-3 11 3. Şotlandiya 7 3 2 2 18-7 11 4. Bolqarıstan 6 3 1 2 7-6 10 5. Azərbaycan 6 1 2 3 5-18 5 6. Cəbəllütariq 7 0 0 7 1-32 0

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər