AÇ-2027: Azərbaycan millisi Şimali İrlandiyaya qarşı

AÇ-2027: Azərbaycan millisi Şimali İrlandiyaya qarşı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq.

Fanat.Az xəbər verir ki, B Liqasının 6-cı qrupunda mübarizə aparan milli Litvanın Raudondvaris şəhərində Şimali İrlandiya ilə qarşılaşacaq.

Raudondvario stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. Qarşılaşmanı Portuqaliya və Makedoniyadan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki,  İlham Yadullayevin baş məşqçisi olduğu U-19 qrupdakı ilk oyununda meydan sahibi Litvaya 0:4 hesabı ilə uduzub. 

AÇ-2027 B Liqası, 6-cı qrup 28 mart

17:00. Şimali İrlandiya (U-19) - Azərbaycan (U-19)  Hakimlər: Migel Noqeyra, Paulu Braş (hər ikisi Portuqaliya), Anatoli Vasyul, İon Orlik (hər ikisi Makedoniya). Raudondvaris. Raudondvario stadionu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər