AÇ-2026: Azərbaycan millisi Bolqarıstanla qarşılaşır

AÇ-2026: Azərbaycan millisi Bolqarıstanla qarşılaşır

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının ikinci seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxacaq.

Fanat.Az xəbər verir ki, B liqasının 2-ci qrupunda mübarizə aparan milli Bolqarıstanın Plovdiv şəhərində yerli komanda ilə qarşılaşacaq.

"Xristo Botev" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. Qarşılaşmanı Sloveniya və Şimali Makedoniyadan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, U-17 qrupdakı digər oyunlarını martın 27-də Litva, ayın 30-da isə Malta seçmələrinə qarşı keçirəcək.

AÇ-2026 Seçmə mərhələ, 2-ci raund 24 mart

17:00. Bolqarıstan (U-17) - Azərbaycan (U-17) Hakimlər: Mateo Tozan, Yure Yamnik (hər ikisi Sloveniya), Darko Vidiniç, Stoyanço Trçevski (hər ikisi Makedoniya). Plovdiv. "Xristo Botev" stadionu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər