Azərbaycan 2-ci Liqasında 6-cı tura yekun vurulub. Fanat.Az xəbər verir ki, turun ikinci günündə 3 matç keçirilib. "Hypers" liderin ən yaxın izləyicisi "Marafon"la görüşdə güclü rəqibini büdrətməyi bacarıb. "Ağdaş" doğma meydanda "Dinamo"nu qəbul edib. Oyun bakılıların böyükhesablı qələbəsi ilə nəticələnib. Nəhayət, "Şirvan" evində "Difai"ni sınağa çəkib. Meydan sahibləri cari mövsümdə ilk dəfə xal itkisi ilə üzləşib. Bununla belə, Pərviz Bayramovun komandası liderliyini qoruyub. Turun əvvəlki oyunlarının nəticələri: “Qaradağ Lökbatan” – “Zəngəzur” 4:0, “Şəki” – “Şəmkir” 0:5, “Kür-Araz” – “Ağstafa Gəncləri” 2:4. 2-ci Liqa 6-cı tur 4 oktyabr “Hypers” – “Marafon” 1:1 Qollar : V.Əşrəfli, 20 - M.Caniyev, 63. “Ağdaş” – “Dinamo” 0:4 Qollar : N.Muradlı, 22; 71. E.Cahangirli, 54. Z.Bayramov, 61. “Şirvan” – “Difai” 3:3 Qollar : A.Yunanov, 26; 51; 70 - A.Xəlilzadə, 5. E.Ağalarov, 44. H.Nəzərov, 90+2-pen.
2-ci Liqa: "Şirvan evdə, "Marafon" səfərdə büdrədi
TREND
Dünya futbolu
00:40
09.11.2026
Arda üçün 200 milyonluq təklif, "Fənərbağça"ya milyonlar köçəcək
Tv Afişa
10:09
12.11.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA
Tv Afişa
10:23
08.11.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:28
06.11.2026
Dambrauskas Avropaya yollanır, Musayev Bakıya qayıdır?
Oxşar xəbərlər
Azərbaycan futbolu
16:13
12.11.2026
Autsayderin lider "Neftçi" ilə oyuna necə hazırlaşdığı bilindi
Azərbaycan futbolu
15:54
12.11.2026
"Mahir Emrelidən qol, millimizdən qələbə gözləyirəm" - Yığmanın sabiq yarımmüdafiəçisi
Azərbaycan futbolu
15:16
12.11.2026
"Şamaxı" məşqlərini bərpa etdi - Sınaq matçı olacaqmı?
Azərbaycan futbolu
14:58
12.11.2026
MOİK elita komandası ilə üz-üzə gəlməyi planlaşdırır