"Zirə"nin yeni transferi dubl etdi

"Zirə"nin yeni transferi dubl etdi
Çempionatın ikinci yarısının hazırlığını davam etdirən "Zirə" bu gün yoxlama oyunu keçirib. 
Fanat.Az klubun "Facebook" səhifəsinə xəbər verir ki, paytaxt təmsilçisi əvəzediciləri ilə qarşılaşıb.
Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilən görüş Ayxan Abbasovun yetirmələrinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk iki qolu Vüsal İsgəndərli, digər iki qolu isə yeni transfer Mirsahib Abbasov vurub. Legioner futbolçular hazırlıqlara gec qoşulduğuna görə baş məşqçi Abbasov bu oyunda ancaq yerli oyunçuların xidmətindən yararlanıb.
Qeyd edək ki, "Zirə” növbəti matçını yanvarın 19-da "Keşlə"yə qarşı keçirəcək. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər