Misli Premyer Liqasının 7-ci turunda "Şamaxı"nı qəbul edəcək "Zirə"nin oyuna neçə itki ilə çıxacağı məlumdur.
Bu barədə Fanat.Az-a "qartallar"ın sözçüsü Elmar Abdullazadə məlumat verib:
"Türkiyədə əməliyyat edilən braziliyalı yarımmüdafiəçi Ktataunun olmayacağı öncədən bəllidir. Hücumçu Bayere Lue də zədəlidir. İki ay oynaya bilməyəcək. İssa Cibrıla isə Niger yığmasının düşərgəsindən zədəli qayıdıb. Onun vəziyyətinə tibbi müayinədən sonra aydınlıq gələcək. Cəzalı oyunçu yoxdur".
Qeyd edək ki, "Zirə" - "Şamaxı" matçı oktyabrın 10-da keçiriləcək. Zirə İK stadionunda reallaşacaq qarşılaşmanın start fiti 17:00-da səsləndiriləcək.
Nihat