“Zirə”nin baş məşqçisi hakimi söydü

“Zirə”nin baş məşqçisi hakimi söydü
Bu gün keçirilən AFFA İntizam Komitəsinin (İK) iclasında ölkə çempionatlarının geridə qalan turlarında baş vermiş neqativ hallara hüquqi qiymət verilib. 
Fanat.Az xəbər verir ki, komitə futzal üzrə Yüksək Liqanın "Xəmsə” – "Araz” matçı ilə bağlı da qərarını verib.
Mayın 15-də keçirilməli olan görüşdə iştirak etməyən "Xəmsə” 0:5 hesablı texniki məğlubiyyətə məruz qalıb. Digər texniki məğlubiyyət U-16 Qızlar Liqasının ŞKGB – "Fidan" oyununa görə verilib. ŞKGB komandasının heyətində yaş limiti pozulduğundan, "Fidan" qalib elan olunub (3:0).
Bundan başqa, U-15 Liqasının "Vətən”  – "Zirə” qarşılaşması başa çatdıqdan sonra birincilərin baş məşqçisi İlqar Əliyev təhqiredici ifadələr işlətdiyinə görə 3 oyunluq cəzalandırılıb. "Zirə”nin baş məşqçisi Cəfər Hüseynov isə hakimin ünvanına söyüş işlətdiyindən, 5 matçlıq diskvalifikasiya edilib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər