“Zirə”dən ilk böyükhesablı qələbə

“Zirə”dən ilk böyükhesablı qələbə

Topaz Premyer Liqasında debüt mövsümünü keçirən “Zirə” ilk böyükhesablı qələbəsini qazanıb. Fanat.az PFL-in saytına istinadən xəbər verir ki, Adil Şükürovun yetirmələri buna XXIII turda nail olub. 

İlk 22 oyununda 3 və ya daha çox top fərqi ilə qalib gələ bilməyən paytaxt təmsilçisi ilkini “Neftçi” ilə ev oyununda gerçəkləşdirib - 3:0. “Zirə” ölkə çempionatları tarixində böyük hesabla qalib gəlməyi bacaran 49-cu komandadı. Yüksək liqada oynamış 58 klubdan yalnız 9-u belə qələbə əldə etməyib. 

Hamıdan çox - 116 belə uğuru olan “Neftçi” isə ölkə çempionatlarında 8-ci dəfə böyükhesablı məğlubiyyət alıb. Nəticələri ləğv olunub, bütün matçlarda texniki məğlubiyyət alan “Gənclik”dən başqa bütün komandaların hesabında 3 və daha çox top fərqli yenilgi var.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər