Zirədə kuryoz: referi vərəqləri səhv saldı

Zirədə kuryoz: referi vərəqləri səhv saldı

Topaz Premyer Liqasının XIII turu çərçivəsində keçirilən "Zirə" - "İnter" oyununda kuryoz hadisə baş verib. 

Fanat.Az xəbər verir ki, hazırda davam edən matçın 19-cu dəqiqəsində qonaq komandanın hücumçusu Pərdis Fərcad-Azad hava mübarizəsindən sonra baş hakim Orxan Məmmədov tərəfindən qırmızı vərəqə ilə cəzalandırılıb. 

Futbolçu etirazından sonra referi vərəqənin rəngini dəyişib. Məmmədov vərəqləri səhv saldığı üçün qırmızını sarı ilə əvəzləyib.

Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər