“Zirə”də 5-ci, Azərbaycanda 50-ci

“Zirə”də 5-ci, Azərbaycanda 50-ci

Topaz Premyer Liqasının IV turu “Zirə”nin futbolçusu Viktor İbekoyi üçün əlamətdar olub. Fanat.Az PFL-in saytına istinadən xəbər verir ki, “Qəbələ” ilə səfər matçında hesabı açan nigeriyalı Azərbaycan çempionatlarında yubiley qolunu vurub. 

Bu, Viktorun 50-ci qolu kimi tarixə düşüb. Afrikalı legioner “100”ü özünün 273-cü oyununda yarılayıb.

İbekoyi Azərbaycan çempionatlarında 50 və daha çox qol vuran 35-ci futbolçudu. Onadək yalnız iki legioner bunu bacardığından nigeriyalı 3-cü əcnəbidi. Legionerlərdən yalnız gürcüstanlılar Badri Kvaratsxeliya və Georgi Adamiya Viktoru qabaqlayır.

2006/07 mövsümündən Azərbaycanda çıxış edən nigeriyalı 50 qolu 4 komandanın heyətində vurub. “Turan”da 16, “Qarabağ”da 6, AZAL-da 23 qol vuran afrikalı indiki klubunda 5-ci dəfə rəqib qapısına yol tapıb.

Qeyd edək ki, “Qəbələ” – “Zirə” oyunu 1:1 hesabı ilə nəticələnib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər