"Zirə" Urdinovla gücləndi - RƏSMİ

"Zirə" Urdinovla gücləndi - RƏSMİ

"Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib.

Fanat.Az klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi makedoniyalı müdafiəçi Yani Urdinovla anlaşıb. Onunla 6 aylıq müqavilə bağlanılıb. 26 yaşlı futbolçu cari mövsümün sonuna kimi Çexiyanın "Bohemians” klubundan icarəyə götürülüb. Tərəflər arasında anlaşmaya əsasən, mövsümün sonunda futbolçunu birdəfəlik transfer etmək hüququ "Zirə”yə məxsusdu.

 

Urdinov yeni komandasında 18 nömrəli formanı geyinəcək. O, bu gün "Zirə"də ilk məşqinə çıxacaq. 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər