"Zirə" üçün qara yubiley: qəsəbəlilər 10-a çatdı

"Zirə" üçün qara yubiley: qəsəbəlilər 10-a çatdı

Topaz Premyer Liqasının XXIV turunda "Keşlə”yə 1:2 hesabıyla yenilən "Zirə”nin qələbəsiz oyunlar seriyası 10-a çatıb.

 

Fanat.Az xəbər verir ki, 2018-ci ildə qələbəyə həsrət qalan qəsəbəlilər sonuncu dəfə XIV turda zəfərə sevinib.

 

2017-ci ilin 3 dekabrında "Səbail”li səfərdə 1:0 hesabıyla üstələyən "qartallar” ardından çıxdığı 10 görüşdə 5 bərabərliyə razılaşıb və 5 məğlubiyyətin acısını yaşayıb.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər