"Zirə" ilə oyuna yaxşı hazırlaşmamışdıq"

"Zirə" ilə oyuna yaxşı hazırlaşmamışdıq"

"Düşünürəm ki, kifayət qədər yaxşı oynamadıq. Özümüzü inkişaf etdirməliyik. Burada problemlərimizi təhlil etməyəcəyəm. Bunu futbolçularla öz aramızda danışacağıq".

Fanat.Az xəbər verir ki. bunu İsrailin "Makkabi" (Təl-Əviv) klubunun baş məşqçisi Vladimir İviç evdə "Zirə" ilə qolsuz heç-heçə etdikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

45 yaşlı serbiyalı mütəxəssis matça yaxşı hazırlaşmadıqlarını etiraf edib: "Oyunçularım sanki meydanda deyildilər. İlk görüşdəki qələbənin təsiri hiss olunurdu. Hələ yaxşılaşdıracağımız çox şey var".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər