"Zirə" ikisini birdən itirdi

"Zirə" ikisini birdən itirdi

Topaz Premyer Liqasının XIV turu iki futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib.

 

Fanat.Az-ın məlumatına görə, "Zirə”nin iki futbolçusu mövsümdə 4-cü dəfə xəbərdarlıq alıb. Bunlar Riçard Qadze və Vüqar Mustafayevdi. Onlar "Səbail”lə görüşdə sarı vərəqə limitini doldurublar. Bu futbolçular XV turun "Sumqayıt”la ev qarşılaşmasında meydana çıxa bilməyəcək. Həmin görüş gələn il fevralın 10-da baş tutacaq.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər