"Zirə" hələ belə qələbə görməmişdi

"Zirə" hələ belə qələbə görməmişdi

“Zirə” Azərbaycan çempionatlarının yüksək dəstəsində ən böyükhesablı ev qələbəsini qazanıb.

Fanat.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri buna Azərbaycan Premyer Liqasının XXIX turunda nail olublar.

Bakı klubu öz meydanında “Qəbələ”ni 4:0 hesabı ilə məğlub edib. "Qartallar" bunadək evdə ən böyükhesablı qələbəsini 3 top fərqi ilə qazanıb. Belə nəticə üç dəfə qeydə alınıb.

“Zirə” tarixinin Premyer Liqadakı ən böyükhesablı qələbəsini də təkrarlayıb. 2015/2016 mövsümündə “Rəvan”ın qapısından 4 cavabsız top keçirən qəsəbə klubu yenə eyni hesabla qalib gəlib. 2016-cı il aprelin 10-da baş tutan həmin qarşılaşmanı “Zirə” səfərdə keçirib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər