“Zirə” dəyişikliklər astanasında -yeni rəhbərlik gəlir

“Zirə” dəyişikliklər astanasında -yeni rəhbərlik gəlir

“Zirə” dəyişikliklər astanasındadır. Fanat.Az saytının əldə etdiyi məlumata görə,  yaxın vaxtlarda paytaxt klubunda yeni təyinatlar olacaq. Ötən mövsüm Premyer Liqada debüt edən qəsəbə təmsilçisinin rəhbərlik edən şəxslər başqaları ilə əvəzlənir.

“Zirə”nin prezident kreslosu artıq xeyli müddətdir boş qalıb. Sabiq başqan Vüqar Astanov avqustun 9-da işlərinin çoxluğunu əsas gətirərək, vəzifəsindən gedib, işlər müvəqqəti olaraq icraçı direktor Natiq İsmayılova həvalə olunub. Bu səbəbdən “mavi-qırmızılar”ın yeni prezidentlərinə qovuşacağı gözləniləndir.

Lakin klubdakı dəyişiklik yalnız prezident təyinatı ilə məhdudlaşmayacaq. Rəhbərliyin əl dəyişdirməsini zəruri edən səbəb klubun baş sponsoru “Azfar Group”da gedən proseslərdir. 

Astanov işlərinin çoxluğuna görə deyil, sözügedən şirkətin təsisçisinin, rəhbər şəxslərinin başqaları ilə əvəzlənməsindən dolayı prezident postu ilə vidalaşıb. 

“Azfar Group”dakı yeniləmələr “Zirə”nin Müşahidə Şurasının tərkibinin də dəyişdirilməsini zəruri edir. Faktiki olaraq, hazırda qəsəbə təmsilçisidə şuranın adı var, yerlər isə boşdur.

Şirkətdəki dəyişikliklərin fonunda “Zirə”nin strukturunda da yeniliklər gözlənilir. Klubun yeni sahiblərinin məşqçi heyətini də yeniləməsi mümkündür. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər