"Zirə" Ayxan Abbasovu göndərir? - SON DURUM

"Zirə" Ayxan Abbasovu göndərir? - SON DURUM

2018-ci ildə qələbə üzünə həsrət qalan "Zirə”nin rəhbərliyi baş məşqçi Ayxan Abbasovu göndərməyə tələsmir.

 

Fanat.Az xəbər verir ki, mütəxəssis klub idarəçiləri ilə durumu müzakirə edib və istefa verməyə hazır olduğunu söyləyib. Lakin rəhbərlik gənc çalışdırıcıya güvəndiyini bildirib.

 

 

Qeyd edək ki, AFFA İntizam Komitəsi (İK) Topaz Premyer Liqasının 23-cü turunda - "Neftçi" ilə oyunun 85-ci dəqiqəsində texniki zonadan qovulan Abbasovu 1 oyunluq cəzalandırıb. Həmçinin İK-nın 21 fevral 2018 - ci il 25 №-li protokoluna əsasən mütəxəssisə verilmiş 5 oyunluq cəzanın 3 oyunu şərti cəza kimi tətbiq edildiyindən və ona 6 ay sınaq müddəti verildiyindən sanksiyanın növbəti hissəsi qüvvəyə minib.

 

 

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər