Zinəddin Zidan geri dönüş siqnalı verdi

Zinəddin Zidan geri dönüş siqnalı verdi

Fransa mediasına danışan əfsanəvi futbolçu və “Real Madrid”in sabiq baş məşqçisi Zinəddin Zidan yaxın zamanda yenidən məşqçiliyə qayıdacağını açıqlayıb.

Fanat.Az-ın məlumatına görə, Zidan bildirib ki, futboldan tam uzaq qalmaq fikrində deyil və yeni layihə üçün motivasiyası yüksəkdir:

“Tez bir zamanda məşqçiliyə geri dönəcəyəm. Futbol hər zaman həyatımın böyük hissəsidir və yenidən meydan kənarında olmaq istəyirəm.”

Son illərdə onun “Yuventus”, “PSJ” və Fransa millisiylə adı hallansa da, Zidan konkret klub açıqlamayıb. Lakin açıqlama onun yeni mövsüm üçün ciddi şəkildə geri dönüş planlaşdırdığını göstərir.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər