Özbekdən ambisiyalı plan - Büdcə 1 milyard olacaq?

Özbekdən ambisiyalı plan - Büdcə 1 milyard olacaq?

"Qalatasaray"ın prezidenti Dursun Özbek klubun maliyyə vəziyyəti və gələcək hədəfləri barədə geniş açıqlama verib.

Fanat.Az-ın məlumatına görə prezident Özbek bildirib ki, klubun hazırkı illik büdcəsi təxminən 400 milyon avro səviyyəsindədir, lakin məqsəd bu rəqəmi yaxın gələcəkdə 1 milyard avroya çıxarmaqdır.

O, bu hədəfin reallaşdırıla biləcəyini vurğulayaraq klubun ideyalarından və strateji addımlarından söz açıb: “Köhnə dəyərlərə bağlı qalmamalıyıq — "Qalatasaray" artıq daha böyük oynamalı və bu səbəbdən investisiya və xərcləmə zəruridir.”

Özbekin sözlərinə görə, büdcənin artırılması üçün bir neçə istiqamətdə işlər aparılacaq: kommersiya gəlirlərinin gücləndirilməsi, sponsor müqavilələrinin genişləndirilməsi, stadion və klub infrastrukturunun kommersiyallaşdırılması, eləcə də ağıllı transfer-satış siyasəti.

Prezident Türkiyə mətubatına açıqlamasında bununla yanaşı yeni sponsorlarla danışıqların getdiyini və beynəlxalq bazarda klubun brend dəyərinin artırılması üçün kampaniyaların planlaşdırıldığını qeyd edib.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər