Volkov "Zirə"yə qayıtdı - RƏSMİ

Volkov "Zirə"yə qayıtdı - RƏSMİ

Misli Premyer Liqasındakı mübarizəni ikinci pillədə başa vuran "Zirə" yeni transferini açıqlayıb.

Fanat.Az xəbər verir ki, "qartallar" gürcü hücumçu Davit Volkovla anlaşıb.

Forvardla ikiillik müqavilə imzalanıb.

Qeyd edək ki, “Zirə” tarixinin ən çox qol vuran futbolçusu olan Volkov 2020-2022-ci illər aralığında da komandanın şərəfini qoruyub. Gürcüstan yığmasının üzvü karyerası ərzində ölkəsinin “Qaqra”, “Dinamo” (Tbilisi), “Çixura”, “Sioni”, “Zemun”, “Saburtalo”, Azərbaycanda isə “Qəbələ” və “Sabah”da da çıxış edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər