UEFA-dan "Qalatasaray"a sərt cəza: "Liverpul"la oyuna azarkeşsiz çıxacaq

UEFA-dan "Qalatasaray"a sərt cəza: "Liverpul"la oyuna azarkeşsiz çıxacaq

Türkiyənin "Qalatasaray" klubunun azarkeşləri UEFA Çempionlar Liqası matçında etdikləri davranışa görə cəzalandırılıblar. 

Fanat.Az xəbər verir ki, bu barədə qitə futbol qurumunun mətbuat xidməti məlumat yayıb. 

Fevralın 25-də "Yuventus"a qarşı ikinci pley-off matçında azarkeşlər pirotexniki vasitələrdən kütləvi şəkildə istifadə edib və tribunadan əşyalar atıblar. Nəticədə "Qalatasaray" 40.000 avro cərimələnib. Üstəlik, azarkeşlər Çempionlar Liqasının "Liverpul"a qarşı səfər matçına bilet ala bilməyəcəklər. 

"Liverpul" ilə 1/8 final mərhələsinin səfər oyunu 18 martda baş tutacaq. İlk oyun isə 10 martda İstanbulda keçiriləcək. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər