21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Cəbəllütariq yığmasına qarşı keçiriləcək oyun üçün heyəti müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu gün Bakıda toplaşacaq U-21 noyabrın 12-dən 17-dək İspaniyanın Malaqa şəhərində təlim-məşq toplanışı keçəcək.
Komandamız noybarın 18-də səfərdə Cəbəllütariq millisi ilə qarşılaşacaq. U-21-in heyətini nəzərinizə çatdırırıq: 1. Rəvan Mirzəmmədov - Sabah 2. Rəvan Kazımov - Şəfa 3. Səlim Həşimov - Şamaxı 4. Emin Rüstəmov - Səbail 5. Elgün Dünyamalıyev - Cəbrayıl 6. Raul Məmmədov - Kəpəz 7. İbrahim Ramazanov - Turan Tovuz 8. Səttar Tahirzadə - Marset (İspaniya) 9. Fəxri Məmmədli - Səbail 10. Eşqin Əhmədov - Qəbələ 11. Sənan Muradlı - Şamaxı 12.Okan Təhmazlı - Zaqatala 13. Elcan Əbilov - Kəpəz 14. Nuğay Rəşidov - Qəbələ 15.Murad Məmmədov - Neftçi 16. Nihad Əhmədzadə - Sumqayıt 17. Emil Süleymanov - Şamaxı 18. Oruc Məmmədov - Şamaxı 19. Şahin Şahniyarov - Qəbələ 20. Edqar Adilxanov - Şamaxı 21. Elmar Məmmədov - MOİK 22. Ağadadaş Salyanski - Neftçi 23. Nahid Əliyev - Şəfa 24. Sadiq Şəfiyev - Kəpəz