Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama oyununa çıxıb. Fanat.Az -ın məlumatına görə, Elgiz Kərəmlinin rəhbərlik etdiyi yığma Gəncə toplanışı çərçivəsində "Gəncəbasar"la üz-üzə gəlib. Qarşılaşma 2:2 hesablı bərabərliklə yekunlaşıb. Milli daha öncə "Kəpəz"in əvəzediciləri ilə heç-heçə oynamışdı - 1:1. Kərəmlinin "drujina"sı növbəti sınaq oyununu oktyabrın 2-də "Kəpəz"in əsas komandasına qarşı keçirəcək. Qeyd edək ki, "Gəncəbasar" 1-ci Liqanın ilk 3 turunda maksimum nəticə göstərib. Elhad Nəzirinin baş məşqçisi olduğu kollektivin və "Şahdağ Qusar"ın hərəyə 9 xalı var. Qusar təmsilçisi digər göstəricilərə görə zirvədə qərarlaşıb. Toğrul
U-19 1-ci Liqanın lideri ilə bərabərliyə razılaşdı
TREND
Oxşar xəbərlər
Azərbaycan futbolu
21:14
14.11.2026
"Şahdağ Qusar" "Şəfa"nı üstələdi
Azərbaycan futbolu
15:40
14.11.2026
Yoxlama matçında bərabərlik
Tv Afişa
10:50
14.11.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Media
18:15
13.11.2026
Birinci dövrənin yekunu fonunda yeni çempion axtarışı - Lider "Neftçi", özünə gəlməyən "Qarabağ"