Türkiyədə çevrilişə cəhd "Zirə"ni fikrindən daşındırdı

Türkiyədə çevrilişə cəhd "Zirə"ni fikrindən daşındırdı

"Zirə" yeni mövsümün hazırlıqlarını Bakıda davam etdirəcək. Fanat.az sport7.az-a istinadən xəbər verir ki, son mövsümün gümüş mükafatçısının Boluda təlim-məşq toplanışı nəzərdə tutulsa da, plan ləğv edilib.

Məlumata görə, buna səbəb ötən gecə Türkiyədə baş verən hadisələr olub. Belə ki, gecə saatlarında qardaş ölkəyə yollanmalı olan "qartallar" hava limanından geri qayıdıb. 

AZAL Türkiyəyə uçuşları təxirə saldığınından, "Zirə"nin planları pozulub. Nəticədə klub rəhbərliyi komandanın yeni mövsümə ölkə daxilində hazırlaşmasına göstəriş verib. Halbuki növbəti gün Türkiyəyə uçuş bərpa olunub.

Qeyd edək ki, Boludakı təlim-məşq toplanışının müddəti iyulun 16-dan 30-dək nəzərdə tutulmuşdu.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər