Türkiyə nəhəngindən Levandovski bombası

Türkiyə nəhəngindən Levandovski bombası

Jurnalist Sercan Hamzaoğlunun məlumatına görə, “Fənərbağça” rəhbərliyi komandanın hücum xəttini gücləndirmək üçün ulduz futbolçu Robert Levandovskini transfer etməyi planlaşdırır.

Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi Polşa millisinin və “Barselona”nın hücumçusuna rəsmi təklif göndərməyə hazırlaşır. Klub rəhbərliyi bu transferlə həm idman, həm də marketinq baxımından böyük addım atmaq niyyətindədir.

Levandovski hələ ən azı iki il daha yüksək səviyyədə futbol oynamaq niyyətindədir. Ulduz hücumçunun hazırda “Barselona”da illik 12 milyon avro maaş qazandığı bildirilir.

Bu məbləğ “Fənərbağça” üçün çox yüksək olsa da, klub sponsorlardan və kommersiya gəlirlərindən istifadə edərək transferi mümkün etmək üçün planlar qurur.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər