Türkiyə nəhəngi “Anderlext”in ulduzu üçün hərəkətə keçdi

Türkiyə nəhəngi “Anderlext”in ulduzu üçün hərəkətə keçdi

“Trabzonspor” qış transfer pəncərəsi üçün ciddi planlar qurur.

Fanat.Az "Fotomaç" nəşrinə istinadən xəbər verir ki, Qara dəniz təmsilçisi “Anderlext”in 24 yaşlı yarımmüdafiəçisi Yari Verşaereni heyətinə qatmaq niyyətindədir.

Belçikalı futbolçunun klubla müqaviləsi mövsümün sonunda başa çatır. Bu isə “Trabzonspor” üçün sərfəli transfer imkanı yaradır. Rəhbərlik artıq oyunçunun nümayəndələri ilə ilkin təmaslara başlayıb.

Verşaeren bu mövsüm “Anderlext”də göstərdiyi stabil oyunla Avropanın bir neçə klubunun da diqqətini cəlb edib. “Trabzonspor” isə onu orta sahədə yaradıcılıq qabiliyyəti və texnikası ilə fərqlənən futbolçu kimi heyətinə əlavə etməyi planlaşdırır.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər