Türkiyə nəhəngi Bondarenkoya elçi düşdü - SON DURUM

Türkiyə nəhəngi Bondarenkoya elçi düşdü - SON DURUM

"Şaxtyor"un və Ukrayna millisinin yarımmüdafiəçisi Artyom Bondarenko Türkiyənin "Trabzonspor" klubunun marağına səbəb olub.

Fanat.Az xəbər verir ki, bu barədə “A Spor” məlumat yayıb. 

Qış transfer pəncərəsi üçün hazırlıqlarını sürətləndirən "Trabzonspor" növbəti dəfə diqqətini ukraynalıya yönəldib. Qaradənizlilər oyunçunu almaq imkanı ilə icarəyə götürmək niyyətindədirlər.

"Trabzonspor" əvvəl də ukraynalı yarımmüdafiəçini heyətinə qatmağa çalışıb. Klub 25 yaşlı futbolçu üçün 7 milyon avro təklif etsə də, donetsklilər 12 milyon avroda istədiyi üçün geri çəkilib.

Futbolçunun "Şaxtyor"la müqaviləsin müddəti 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Bu mövsüm o, 17 matça çıxaraq 2 qol vurub və 2 məhsuldar ötürmə verib.

Xatırladaq ki, hazırda “Trabzonspor”da üç ukraynalı - Arseni Bataqov, Aleksandr Zubkov və Danilo Sikan çıxış edir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər