Trafford İngiltərə nəhəngindən ayrılmağa qərar verdi

Trafford İngiltərə nəhəngindən ayrılmağa qərar verdi

"Mançester Siti"dəki durumundan narazı olan Ceyms Trafford komandadan ayrılmağa hazırlaşır.  

Fanat.Az xəbər verir ki, informasiyanı Tayron Marşall yayıb. 

Mənbənin məlumatına görə, iyulda "şəhərlilər"ə qayıdan, Canluici Donnarummanın gəlişindən sonra əsas heyətdəki yerini itirən 23 yaşlı qolkiper müntəzəm oynamaq istəyir və bu üzdən, tezliklə getməyə hazırlaşır.   Traffordun transferi "Mançester Siti"yə 30 milyon avroya başa gəlib. Onun müqaviləsinin müddəti 2030-cu ilin ortalarına qədərdir. 

Noyabrın 22-də Xosep Qvardiolanın yetirmələri “Nyukasl”la qarşılaşacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər