Azərbaycan çempionatlarının yüksək liqası tarixində 18-ci dəfə 6 və ya daha çox qolun vurulduğu qarşılaşmada heç-heçə qeydə alınıb. Fanat.Az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XXII turuna təsadüf edib. "Qarabağ" – "Sabah" görüşü 3:3 hesabı ilə başa çatıb. 1992-ci ildən keçirilən turnirin ən məhsuldar heç-heçələri siyahısında 1 dəfə 6:6, 1 dəfə 4:4, 16 dəfə 3:3 hesabı var. İlk dəfə eyni cüt arasında 2 belə məhsuldar heç-heçə qeydə alınıb. "Qarabağ"la "Sabah" 2023/24 mövsümündə də dueldən 3:3 hesablı heç-heçə ilə ayrılıb. Həmin vaxt da komandaların görüşü indiki kimi XXII tura təsadüf edib. 2024-cü il fevralın 11-də keçirilən görüş də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub. Bunadək heç-bir cütün bir-biri ilə iki matçında 6 və ya daha çox qollu heç-heçə olmamışdı. Hər iki sülh "Qarabağ"ın meydanında gerçəkləşib. "Sabah" tarixində 4-cü dəfə Premyer Liqa matçında məhsuldar heç-heçə etməklə "Kəpəz" və "Turan"a məxsus rekordu təkrarlayıb. "Qarabağ" isə yalnız bu rəqiblə görüşlərdə 3 və ya daha çox qol vuraraq 1 xal qazanıb.
Tarixdə ilk cüt: Yenə XXII turda
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
Milli
19:08
06.10.2026
“Keyfiyyətli oyunçularımız var, lakin Avropa səviyyəsində deyillər” - Rui Jorje
Dünya futbolu
18:04
05.10.2026
"Yuventus" Kənan Yıldız üçün şok məbləğ tələb edir
Dünya futbolu
17:27
05.10.2026
Balde "Arsenal"ı seçdi
Futbol
22:40
23.09.2026
Ayxan Abbasov qələbədən sonra nə danışdı?