Rusiya klubu "Zirə"nin sabiq oyunçusunu göndərir

Rusiya klubu "Zirə"nin sabiq oyunçusunu göndərir

Rusiyanın "Ximki" klubu "Zirə"nin sabiq futbolçusu Nemanya Andelkoviçlə vidalaşmaq niyyətindədir.

Fanat.Az xəbər verir ki, informasiyanı "Metaratings" yayıb.

27 yaşlı müdafiəçi baş məşqçi Frank Artiqanın qərarı ilə transferə çıxarılıb.

Qeyd edək ki, serbiyalı oyunçu 2021-2023-cü illərdə Azərbaycan klubunun formasını geyinib. Dekabrın 6-da FIFA "Ximki"yə sabiq oyunçuları Besard Saboviçə borcu olduğu üçün 2026-cı ilin yayınadək transfer qadağası qoyub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər