Ronaldu Jotanın dəfnində niyə iştirak etməyib? - Özü açıqladı

Ronaldu Jotanın dəfnində niyə iştirak etməyib? - Özü açıqladı

İngiltərəli jurnalist Pirs Morqanın  Kriştianu Ronaldu ilə yeni müsahibəsi böyük rezonans yaradıb.

Fanat.Az xəbər verir ki, söhbət zamanı Morqan portuqaliyalı ulduzdan Dioqu Jotanın dəfn mərasiminə niyə qatılmadığını soruşub.

Ronaldu sualı belə cavablandırıb: “İki səbəbi var. Birincisi, atam dünyasını dəyişəndən sonra heç vaxt məzarlığa getmirəm. İkincisi, hara getsəm, bütün diqqət mənim üzərimə yönəlir. Mən istəmirdim ki, belə həssas bir gündə diqqət Jotanın ailəsindən mənə çevrilsin.

Jota yaxşı insan və peşəkar idi. Futbol dünyası onun kimi bir istedadı itirdi. Mən onun ailəsinə səbir diləyirəm”.

Bu açıqlama sosial mediada geniş müzakirələrə səbəb olub. Azarkeşlər Ronalduya həm empatiya, həm də anlayışla yanaşıblar.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər