Rəşad Sadiqov "Zirə"dən niyə qovuldu? - ÖZƏL

Rəşad Sadiqov "Zirə"dən niyə qovuldu? - ÖZƏL

Xəbər verdiyimiz kimi, Rəşad Sadiqov "Zirə"dən qovulub. Klubun rəsmi saytının yaydığı məlumata görə, intizamsızlıq edən futbolçu baş məşqçi Ayxan Abbasovun təqdimatı əsasında komandadan kənarlaşdırılıb.

Fanat.Az Rəşadın qovulmasının bəzi təfərrüatlarını dəqiqləşdirib. Əldə etdiyimiz məlumata görə, futbolçu baş məşqçinin işinə müxadilə edib. "Astra" ilə cavab oyununun 72-ci dəqiqəsində Orxan Əliyev tərəfindən əvəzlənən Sadiqov oyundan sonra paltardəyişmə otağında Ayxan Abbasova sərt şəkildə etiraz edib və onun taktikasından narazılığını bildirib.

Bundan əsəbləşən baş məşqçi futbolçuya öz gücünü göstərib və rəhbərlikdən onun qovulmasını tələb edib. Klub rəhbərliyi baş məşqçinin qərarına hörmətlə yanaşaraq bir müddət əvvəl "Qəbələ"dən transfer olunmuş millimizin üzvünə qapını göstərib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər