Qvardiola "Barselona"ya qayıdır? - Özü açıqladı

Qvardiola "Barselona"ya qayıdır? - Özü açıqladı

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola "Barselona"ya qayıdacağını istisna etməyib.

Fanat.Az xəbər verir ki, kataloniyalı mütəxəssisin fikirlərini "RAC1" belə təqdim edib:

"Şübhəsiz ki, indi bəzi gənc məşqçilər də o vaxt məndə olduğu kimi, həvəslidir və "Barselona"ya can atırlar. O ki qaldı mənə, "Barselona"ya qayıtmağımı istisna etmirəm. Həyat bir sıra mərhələlərdən ibarətdir. Hər şey mümkündür".

Vaxtilə futbolçu kimi də "Barselona"da oynayan Qvardiola daha sonra - 2008-2012-ci illərdə komandanı çalışdırıb. Bu müddət ərzində o, klubla 14 kubok qazanıb. Bundan sonra ispaniyalı "Bayern"ə keçib. 2016-cı ilin yayından isə o, "Mançester Siti"də çalışır. Bu müddət ərzində o, "şəhərlilər"lə 6 Premyer Liqa, həmçinin 2023-cü ildə əldə etdiyi Çempionlar Liqası da daxil olmaqla, 18 kubok qazanıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər