"Zirə"nin yeni transferi Hindistana qaçdı - FOTO

"Zirə"nin yeni transferi Hindistana qaçdı - FOTO

"Zirə"nin bu yay transfer etdiyi Kerven Belfor komandadan ayrılır. Fanat.Az xəbər verir ki, haitili futbolçu Hindistana yollanır.

Belə ki, o, yeni yaradılmış "Jamşedpur" klubuna keçib. 25 yaşlı forvard yeni klubu ilə bir illik müqavilə imzalayıb. 

Qeyd edək ki, Kerven Belfor "Zirə"yə bu ilin iyununda İsveçin "Sirianska" klubundan transfer olunub. Avropa Liqasında 4 oyun keçirən və "Differdanj"a qol vuran Haiti yığmasının üzvü Premyer Liqanın ilk turunda "Səbail"ə qarşı 20 dəqiqə oynayıb. 

"Zirə"nin yeni transferi Hindistana qaçdı - FOTO

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər