"Zirə"nin uzun müddətə sıradan çıxanları heyətdə olmasalar da...

"Zirə"nin uzun müddətə sıradan çıxanları heyətdə olmasalar da...

Misli Premyer Liqasının 5-ci turunda "Qarabağ"ı qəbul edəcək "Zirə"nin heyəti ilə bağlı son vəziyyət açıqlanıb.

Məlumatı Fanat.Az-a "qartallar"ın sözçüsü Elmar Abdullazadə verib: 

"Uzun müddətə sıradan çıxdıqları öncədən bilinən və adları iştirak ərizəsinə salınmayan futbolçuları - qapıçı Maykl Kleytonla müdafiəçi Enrike Kustodionu nəzərə almasaq, başqa zədəli və ya cəzalı yoxdur".

Qeyd edək ki, "Zirə" - "Qarabağ" matçı sentyabrın 13-də keçiriləcək.  Zirə İK stadionunda baş tutacaq qarşılaşmanın start fiti 19:00-da səsləndiriləcək. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər