"Zirə"nin Türkiyə toplanışı başladı - FOTO

"Zirə"nin Türkiyə toplanışı başladı - FOTO

"Zirə" bu gündən etibarən Türkiyənin Ərzurum şəhərində hazırlığa start verib. Fanat.az xəbər verir ki, komanda səhər məşqində tam heyətlə iştirak edib.

Hazırlığın ilk mərhələsində yalnız fərdi qaydada məşq edən Tellur Mütəllimov da kollektiv məşqlərə qoşulub. “Qartallar” Türkiyədəki təlim məşq-toplanışı çərçivəsində gündə iki dəfə məşq edəcək. 

Qeyd edək ki, iyulun 30-da vətənə dönəcək “Zirə” bu müddətdə 4 yoxlama oyununda qüvvəsini sınayacaq. İlk qarşılaşma iyulun 19-da keçiriləcək. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər